Nişanlanandan sonra ilk dəfə görüntüləndilər - Fotolar
24 yaşlı Castin Biber yeni nişanlandığı Heyli Bolduinlə Nyu-York küçələrində görüntülənib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 21 yaşlı sevgilisinin əlindən tutub gəzən ifaçı fotolarının çəkildiyini görüb ciddi sima alıb.
Məlum olub ki, Casitn gələcək həyat yoldaşının ailəsi ilə tanış olub. Müğənni onların yaşadığı Nyu-Vindzora vertolyotla gedib. Gecə isə şəhərə qayıdaraq, romantik şam yeməyinə yollanıblar.
Gecə üçün Castin və Heyli öz idman stilli geyimlərini seçiblər. Heyli "Alexander Wang" brendindən olan dəri dəst seçib.
Cütlüyə yaxın olan mənbə mediaya açıqlamasında bildirib ki, onlar toy üçün dəbdəbəli mərasim planlaşdırmırlar. Yalnız ailə üzvlərinin yer alacağı sadə mərasimlə Castin və Bolduin nikah masasına oturacaq.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.