Türkiyəli aktyor Şahin Irmak və həmkarı Asena Tuğal 5 gün sonra ailə qurur.
Cütlük 2013-cü ildən bəri sevgilidir. 3 il eşq yaşayan Şahin və Asena 2015-ci ildə nişanlanıb. İkili verdiyi açıqlamada 21iyul tarixində toy olacağını deyib. Deyilənə görə, Asena toyda Ebru Şancı və Zeynep Erdoğanın hazırladığı gəlinliyi geyinəcək. Qeyd edək ki, bir müddət əvvəl cütlüyün ayrılıq xəbərləri yayılmışdı. Buna səbəb isə aktrisanın bu ay tək istirahətə yollanması olmuşdu.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.