banner
banner

Sosİal

AMEA rəhbərliyinə seçkilər keçiriləcək

AMEA rəhbərliyinə seçkilər keçiriləcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti və bölmələrin akademik-katibləri vəzifələrinə yeni seçkilər keçiriləcək. 

Aprelin 29-da keçiriləcək AMEA-nın illik Ümumi yığıncağında Akademiyanın 2014-cü ildəki fəaliyyəti ilə bağlı hesabat dinləniləcək, eləcə də Qafqazşünaslıq İnstitutunun, Quba Regional Elm Mərkəzinin, AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin yaradılması məsələləri müzakirə olunacaq. Həmçinin AMEA-nın vitse-prezidenti və bölmələrin akademik-katibləri vəzifələrinə seçkilər keçiriləcək.

Yığıncaqda AMEA-nın institut, elmi müəssisə və digər təşkilatlarının fəaliyyətini əks etdirən eksponatlardan ibarət sərginin təşkili nəzərdə tutulub.

Tədbirdə ilk dəfə olaraq “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” təqdim olunacaq. Həmçinin AMEA-nın adlı mükafatları təqdim ediləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.