Türkiyəli aparıcı Ece Erkenin bir neçə gün əvvəl həbs olunan Adnan Oktarla əlaqəsi olduğu haqda xəbərlər yayılmışdı.
Ece xəbərlərin yalan olduğunu desə də bununla bağlı görüntülər yayılıb. Videoda aparıcının Adnan Oktar haqqında müsbət fikirlər səsləndirməsi yer alıb. Ece görüntülərin yayılmasından dərhal sonra İnstaqram hesabının hekayə hissəsində bu sözləri yazıb:
“Adnan Oktarı heç vaxt görməmişəm, ətrafından bir nəfəri belə tanımıram. İşlədiyim kanalın rəhbəri onun haqqında yaxşı sözlər deməyimi istədi. Adnan bundan 5 il əvvəl müsahibələr verən biri idi. Amma heç bir kanal rəhbəri onun gerçək üzünü görməmişdi və yaxından tanımırdı”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.