banner
banner

Gündəm

İşgəncələr Əleyhinə Komitə hesabat açıqladı-Bakıdan reaksiya

İşgəncələr Əleyhinə Komitə hesabat açıqladı-Bakıdan reaksiya

Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi Azərbaycana 2004, 2012, 2013, 2015, 2016 və 2017-ci illərdə altı səfərinin nəticələri əsasında Azərbaycan hökumətinin də cavabları daxil olmaqla hesabatını açıqlayıb. Bununla komitənin Azərbaycana səfərləri ilə bağlı bütün hesabatları ictimaiyyət üçün açıqlanmış olur.

Hesabatda qeyd olunub ki, Azərbaycanda cəzasızlıq və pis rəftarla bağlı iddiaların düzgün araşdırılmaması, eləcə də saxlanan məhbusların vəkillə və həkimlə təmin olunması, saxlanma haqda məlumat verməsi və informasiya almaq hüququ da daxil olmaqla, hüquqi qarantiyaların təmin edilməməsi kimi ciddi problemlər qalmaqdadır.

Hesabatda həbsxanalardakı vəziyyətlə bağlı da məlumat açıqlanıb. Bildirilib ki, qanunvericilikdə islahatlara və köhnə həbsxanaların yenilənməsi və yeni həbsxanaların yaradılması səylərinə baxmayaraq, həbsxanaların həddindən artıq doluluğu, pis maddi şərait, qeyri-adekvat tibbi xidmət tədbirlərinin olmaması (xüsusən ömürlük həbsə məhkum edilənlər üçün) və yetərsiz və əmək haqqı aşağı olan həbsxana heyəti problemi var. Bu problemlər korrupsiyaya qarşı mübarizəni və məhbuslar arasında zorakılığı artırır.

Açıqlanmış hesabatda həmçinin Azərbaycanda psixiatriya klinikalarında və sosial yardım evlərində ağır durum qeyd edilib. Burada yoxsul yaşayış şəraiti, həmçinin xəstələr arasında (xüsusilə Gəncə Psixiatriya Klinikası) zorakılıqlar və məcburi gətirilən xəstələr üçün effektiv hüquqi təminatların olmaması vurğulanıb.

Əliməmməd Nuriyev ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, vəziyyət 2000-ci ilin əvvəlləri ilə müqayisədə xeyli dərəcədə yaxşılaşıb: “Əlbəttə ki, müəyyən sıxlıqlar var. Lakin son olaraq həm əfvlə bağlı sərəncamlar, həm də Cinayət Məcəlləsinə edilmiş son dəyişikliklər xeyli sayda məhkumun cəzaçəkmə müəssisələrindən azadlığa çıxmasına səbəb oldu. Eyni zamanda vaxtından əvvəl cəzadan şərti olaraq azadetmə institutunun da tətbiqi prosesinin təkmilləşdirilməsinin genişlənməsi nəticəsində çoxsaylı məhkumlar azadlığa çıxdılar. Bu, həm də sıxlığın azalmasına səbəb oldu. Ancaq Azərbaycanda cəzaçəkmə müəssisələrinin böyük əksəriyyəti ötən əsrin ortalarında tikilmiş müəssisələrdir. Həmin müəssisələr müasir standartlara cavab verməyə bilər. Ancaq yeni tikilmiş cəzaçəkmə müəssisələri məhz müasir standartlara uyğundur. Orada bütün normalara da əməl olunub. Köhnə cəzaçəkmə müəssisələri tam yenilənməlidir. Artıq bu istiqamətdə işlər görülür, cəzaçəkmə müəssisələri tikilir. Bu müəssisələrdə müasir təminat tam olaraq həyata keçirilir. Köhnə cəzaçəkmə müəssisələrində müasir isitmə və soyutma sistemi yoxdur. Yalnız indi həm Ədliyyə Nazirliyinin, həm də Penitensiar Xidmətin ciddi fəaliyyəti nəticəsində bütün cəzaçəkmə müəssisələri sərinkeşlə təmin edilib. Bəzilərində isə kondisioner sistemi də var. Səhiyyə xidmətlərinin də səviyyəsi yüksəlib. Deyim ki, əvvəllər məhkumların vərəmə tutulması, ölüm halları indikindən bəlkə də 100 dəfə çox olurdu.  Yeməyin keyfiyyəti ilə bağlı xeyli irəliləyişlər var. Bütün bunlar göstərilən xidmət keyfiyyətinin yüksəlməsindən asılıdır. Ancaq bununla yanaşı, cəzaçəkmə müəssisələrində çatışmazlıqlar da var. İşgəncə ilə bağlı bizə məlumat daxil olan kimi bu istiqamətdə araşdırmaya başlayırıq. Təsdiqini tapanlar olur ki, bununla bağlı müvafiq tədbirlər görülüb. Lakin belə də hal olur ki, bir çoxları ya şikayətlərini geri götürürlər, ya da işgəncə halının olmadığı aşkara çıxır. Ayrı-ayrı şəxslər cəzaçəkmə müəssisəsində özlərinə xüsusi şərait yaratmaları üçün belə məlumatlar da verirlər. Lakin problem var. Bunu cənab ədliyyə naziri də çıxışlarında qeyd edir. Sosial iş, psixoloji yardımla bağlı da çatışmazlıqlar var. Ancaq onlar əgər 2004-cü ildən cəzaçəkmə müəssisələrində monitorinq aparırlarsa, irəliləyişləri də görməli idilər”.

Ə. Nuriyev bildirib ki, bu cür hesabatlarda siyasi məqsədlərin də olduğunu vurğulayıb: “Çox qəribədir müəssisələridəki qiymətləndirməyə də təsir göstərir. Elə yer var ki, oradakı həbsxanalarda çox sərt, standartlara uyğun olmayan şərait var. Ancaq həmin həbsxanalar çox zaman yüksək qiymətləndirilir. Xüsusilə də Ermənistandakı həbsxanaların monitorinqi zamanı bu cür nəticələri görmək mümkündür. Azərbaycanda bu qədər işlər görülməyinə baxmayaraq, siyasi prizmadan yanaşıb, başqa cür qiymət verirlər. Problem var, ancaq bunun həlli istiqamətində işlər aparılır. Bütün problemlərin həlli üçün zaman lazımdı ki, cəzaçəkmə müəssisələri tikilib başa çatdırılsın. Dünyanın heç bir yerində cəzaçəkmə müəssisələri tikilmir. Azərbaycanda isə bu istiqamətdə pozitiv addımlar atılır. Sadəcə olaraq, bunu görmək lazımdır. Biz başa düşürük ki, istənilən şəxs adekvat şəraitdə saxlanmalıdır. Ancaq bunun üçün də zaman lazımdır. Avropa ölkələrinin bir çoxunda olmuşam və orada da bəzi cəzaçəkmə müəssisələrində problemlərin olduğunu görmüşəm. Əsas məsələ odur ki, bununla bağlı siyasi iradə var. Bizim cəzaçəkmə müəssisələri öz strukturu baxımdan Şərqi Avropa ölkələrinin bir çoxundan irəlidədir. Eyni zamanda MDB ölkələri arasında da Azərbaycan bu sahədə irəlidədir. Bir çox ölkələrin nümayəndələri Azərbaycana gəlib, cəzaçəkmə müəssisələrində vərəmə qarşı təcrübəsini öyrənirlər. Bütün bunlar çox şeyi ortaya qoyur”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Ölkəni AKADEMİK RÜŞVƏTDƏN xilas etmək lazımdır" - ÇAĞIRIŞ

"Bir akademik titullu şəxs rüşvət və ya dövlət büdcəsini mənimsəmə yolu ilə varlanıbsa, bilin ki, o, qatil, alçaq, vicdansız, antimilli, satqın və xain olmaqla yanaşı dövlət və millət üçün xarici düşməndən 3 dəfə çox təhlükəlidir. Ölkədə nə qədər uşaq qidasızlıqdan həlak olur, insanlar gənc ikən xəstələnib ehtiyac üzündən dünyasını dəyişirlər". Dia-az.info bildirir verir ki, bunu AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov son olaraq AMEA-da yaşanan eybəcərliklərə etiraz olaraq qeyd edib İdris Abbasov

Tbilisidə “xarici agentlər” qanununa qarşı növbəti etiraz aksiyası başlayıb

Gürcüstanın bir neçə müxalifət partiyası və 100-dən çox qeyri-hökumət təşkilatının (QHT) nümayəndələri Tbilisidə “xarici agentlər” haqqında qanunun qəbuluna qarşı etiraz aksiyası keçirirlər. Hurriyyet.az xəbər verir ki, Tbilisinin mərkəzindəki Birinci Respublika Meydanına bir neçə min vətəndaş, eləcə də müxalifət liderləri və QHT-lər toplaşıb. Onlar Rustaveli prospekti ilə parlament binasına qədər yürüş etməyi planlaşdırırlar. Meydanda mitinq təşkilatçılarının toplaşanlara müraciət edəcəyi səhnə quraşdırılıb. yeniavaz.com

Konsulun vəzifələri artırıldı - FƏRMAN

Karantin qoyulan xəstəliklər əvvəllər bu xəstəliklərin olmadığı ərazilərdə meydana çıxdıqda konsul xəstəliyin yayıldığı rayonun adını, xəstəliyə tutulmuşların sayını və yerli hakimiyyət orqanları tərəfindən epidemiyaya qarşı görülən tədbirləri göstərməklə, bu barədə dərhal Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə məlumat verməlidir.