Müğənni Xəyyam Nisanov dünyaca məşhur ifaçı Araş və rusiyalı həmkarı Nikolay Baskovla fotolarını paylaşıb.
Axşam.az-ın məlumatına görə, sənətçi onlarla Moskvada eyni toy məclisində bir araya gəldiklərini vurğulayıb.
O, N.Baskovun şəklinin yanına “Onunla hər zaman əhvalın yüksək olur. Əsl bayram adamıdır. Nikolay Baskovla məclis aparmaq çox maraqlıdır” şərhini yazıb.
Qeyd edək ki, sözügedən toy məclisində xalq artisti Aygün Kazımova, meyxanaçı Namiq Qaraçuxurlu və Aşıq Samirə də yer alıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.