banner
banner

İdman

Azərbaycan kuboku: yarımfinalçılar müəyyənləşir

Azərbaycan kuboku: yarımfinalçılar müəyyənləşir

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.
Qol.Az-ın məlumatına görə, baş tutacaq 4 oyundan sonra bütün yarımfinalçılar bəlli olacaq.
"Bakı" öz meydanında "Qarabağ"ı qəbul edəcək. Ağdam təmsilçisi ilk görüşdə rəqibinə 3:0 hesabı ilə qalib gəldiyi üçün bu oyun formal xarakteri daşıyacaq.
Maraqla gözlənilən oyunlardan biri AZAL və "Neftçi" arasında keçiriləcək. İlk görüşdə 0:0 hesabı qeydə alındığından cütün taleyinə məhz bu görüşdə aydınlıq gələcək.
"İnter" səfərdə "Xəzər Lənkəran"ın qonağı olacaq. Öz meydanında rəqibini 2:0 hesabı ilə məğlub edən "bankirlər" bu üstünlüyünü qorumağa çalışacaq.
Zaqatalada "Simurq" "Qəbələ" ilə münasibətlərinə aydınlıq gətirəcək. Səfərdə 3:0 hesabı ilə qələbə qazanan "Simurq" yarımfinala çox yaxındır. Matç saat 17:00-da başlayacaq.


13 mart
Azərbaycan kuboku, 1/4 finalın cavab oyunları
15:00. AZAL – “Neftçi”
(İlk oyun - 0:0)
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Rahil Ramazanov, Elman Musayev
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Əliyar Ağayev
AZAL Arena.
15:00. “Bakı” – “Qarabağ”
(İlk oyun - 0:3)
Hakimlər: Xəlil Xəlilov, Azər Əsgərov, Mehman Mahmudov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Orxan Məmmədov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
17:00. “Xəzər Lənkəran” – “İnter”
(İlk oyun - 0:2)
Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Rza Məmmədov, Ömər Paşayev
“Xəzər Lənkəran” mərkəzi stadionu.
17:00. “Simurq” – “Qəbələ”
(İlk oyun - 3:0)
Hakimlər: Ramil Diniyev, Namiq Hüseynov, Kamran Bayramov, Munis Abdullayev
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Etibar Həsənov
Zaqatala şəhər stadionu.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.