Keçmiş model Demet Şener İnstaqram hesabında formada qalma sirrini izləyiciləri ilə bölüşüb. İki uşaq anası 21 ildir 57 kiloqram çəkidə qalmasının səbəbini belə izah edib:
"İdmanı yayda da, qışda edirəm. Həftənin iki günü yoqa ilə məşğul oluram, 4 günü ağır işlər görürəm. Axşam ən güc saat 11-də yatıb, səhər 6-da oyanıram". Qeyd edək ki, 41 yaşlı Demet 1995-ci ildə Türkiyə gözəli seçilib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.