Bəzi qidalanma planları sizə aclıq çəkmədən və sevimli yeməklərdən imtina etmədən sizə çəki atırmağa kömək edə bilər.
Sizə ən sadə pəhriz proqramlarını təqdim edirik.
Az kalorili pəhriz
Bu yüngül pəhriz çərçivəsində kalorililiyin azalması adi porsiyaların təxminən üçdə bir hissəsinin azaldılması hesabına olur. Bundan başqa siz buğa verilmiş, soba və ya qrildə bişirilmiş yeməklərdən istifadə edə bilərsiniz. Çalışın qida qəbul edərkən onu yaxşı çeynəyəsiniz. Bu pəhriz zamanı təxminən 3-6 kilo arıqlamaq olur.
Duzsuz pəhriz
Tibb.az bildirir ki, pəhriz zamanı qida rasionunu əhəmiyyətli dərəcədə dəyişmək lazım deyil. Bunun üçün sadəcə istifadə etdiyiniz duzun miqdarını bir az azaltmaq lazım olacaq. Yeməkləri bişirmə zamanı deyil, hazır olduqdan sonra duzlayın. Duzu qidada sarımsaq, ədviyyat və limon suyu ilə əvəz edə bilərsiniz. Düzgün yanaşma zamanı bir neçə həftə ərzində siz 3-4 kilo arıqlaya biləcəksiniz.
Zülallı pəhriz
Bu tip qidalanma sistemi ilə çəki karbohidratlı məhsulların istifadəsinin azaldılması hesabına olur. Pəhriz zamanı siz aclıq çəkməyəcəksiniz. Ət, balıq, yumurta və süd məhsullarından istənilən miqdarda istifadə etmək olar. 1 həftə pəhriz zamanı siz 5 kiloya qədər arıqlaya bilərsiniz. Nəzərə almaq lazımdır ki, bu pəhrin hamıya uyğun deyil. Bəzi xəstəliklər zamanı (məsələn, böyrək xəstəlikləri) zülalı pəhrizdən istifadə etmək olmaz.
Kefir ilə şam yeməyi
Bu pəhrizi onun üçün sadə hesab etmək olar ki, pəhriz zaman səhər və nahar yeməyi zamanı siz istədiyiniz məhsullardan istifadə edə bilərsiniz. Pəhriz zamanı yalnız bir məhdudiyyət var ki, o da şam yeməyinin kefirdən ibarət olmasıdır. Pəhriz müddətsizdir və ona riayət edərkən siz 1 həftə ərzində 1.5-2 kiloya qədər çəki ata bilərsiniz.
Maye pəhrizi
Pəhrizin mahiyyəti ondadır ki, hər qida qəbulundan əvvəl 1-2 stəkan su içmək lazımdır. Lakin qida qəbulundan dərhal sonra içkilərdən çəkinmək lazımdır. Pəhrizin təsir mexanizmi kifayət qədər sadədir: təmiz qazsız su maddələr mübadiləsini sürətləndirir və mədəni doldurur, buna görə siz daha kiçik həcmli qidadan da doya biləcəksiniz. Bu pəhriz nəticəsində siz bir həftə ərzində təxminən 2 kilo arıqlaya biləcəksiniz.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.