banner
banner

İdman

Divizionla əvəzedicilərin çempionatı birləşdirildi

Divizionla əvəzedicilərin çempionatı birləşdirildi

Futbol üzrə Azərbaycan birinci divizionu ilə əvəzedicilərin çempionatı birləşdirilib.

Qol.az-ın xəbərinə görə, bu barədə AFFA İcraiyyə Komitəsinin iclasından sonra qurumun baş katibi Elxan Məmmədov jurnalistlərə açıqlamasında məlumat verib. O bildirib ki, iclasda 2018/2019 mövsümündə iki yarışın birgə təşkilinə dair qərar qəbul olunub.

 

"İki ay öncə də birinci divizion məsələsi müzakirə olunmuşdu. Həmin vaxt Klublar Komitəsinin adından yeni konsepsiya təklif etmişdik. Lakin bildirildi ki, məsələ daha detallı araşdırılsın. Nəticədə Klublar Komitəsi, Məşqçilər Komitəsi, Peşəkar Futbol Liqası və klublarla müzakirə aparıldı. Yeni konsepsiya hazırlandı. İclasda əvəzedici komandaların birinci divizionda çıxışına qərar verildi. Beləliklə, diviziondan 4 və ya 6, əvəzedicilərdən isə 8 komanda eyni yarışda iştirak edəcəklər. Birinci divizonda yeni komanda olmayacaq. Yeni komandalar Region Liqada çıxış etməlidir. Həmçinin, divizonda limit tətbiq ediləcək. Limit 4 sərbəst, 6 1998-ci il təvəllüdlü, bir nəfər isə 2001-ci il təvəllüdlü olacaq".

 

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.