Futbol üzrə dünya çempionatı Rusiyada pivə, çipsi və siqaret satışını artırıb.
Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, “Nielsen” kompaniyasının apardığı araşdırma zamanı məlum olub ki, 2018-ci ilin iyunun ayında mundiala ev sahibliyi edən 11 şəhərdə ötən illə müqayisədə pivə satışı 14 faizə qədər çoxalıb.
DÇ-2018 zamanı pivə satışı əsasən Soçi (39%), Volqoqrad (31%), Kalininqrad (30%) və Kazan (27%) müşahidə edilib.
Mundial oyunları vaxtı 11 şəhərdə çipsi satışı 9% faizi artıb. Siqaret satışının artımına isə əsasən Soçi (+14%), Rostov (+8%) və Yekaterinburqda (+7%) rast gəlinib.
Qeyd edək ki, DÇ-2018 zamanı azarkeşlər 1,45 mln litr pivə içiblər.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb