banner
banner

Sosİal

Doktoranturaya qəbulda dəyişiklik

Doktoranturaya qəbulda dəyişiklik

AMEA-nın doktoranturaya qəbul və doktorluq imtahanlarının verilməsi zamanı iddiaçıların ingilis dili biliklərinin qiymətləndirilməsi üçün yeni tələblər müəyyən edilib. "Report" xəbər verir ki, bu barədə qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul olunub.
Akademiyada doktoranturaya qəbul və doktorluq imtahanları zamanı xarici dil biliklərinin müasir səviyyədə qiymətləndirilməsi üçün tələbləri yüksəltmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib. Belə ki, bundan sonra doktoranturaya qəbul zamanı iddiaçı TOEFL proqramı üzrə ən azı 80 bal və ya IELTS proqramı üzrə ən azı 6,5 bal toplaması barədə sertifikat təqdim etməlidir. Doktorluq imtahanları zamanı isə iddiaçıdan TOEFL üzrə ən azı 100 bal və ya IELTS üzrə ən azı 7 bal toplaması barədə sertifikat tələb olunacaq.
Müvafiq tədbirlərin həyata keçirilməsi AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə tapşırılıb. Qərarın icrasına nəzarət AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyevə həvalə edilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.