Belarus Dağlıq Qarabağ üzrə danışıqlar üçün meydança rolunu oynamağa hazırdır
"Belarus tərəfi Dağlıq Qarabağ problemi üzrə konfransı (danışıqları) özündə qəbul etməyə hazırdır". "Report" xəbər verir ki, bu barədə cümə axşamı ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdə Belarusun xarici işlər naziri Vladimir Makey bəyan edib. "Mən ATƏT-in müvafiq qərarları ilə nəzərdə tutulmuş müddətdə Dağlıq Qarabağ üzrə sülh danışıqlarını qəbul etməyə hazır olduğumuzu təsdiqləmək istərdim. Əgər zərurət yaranarsa, biz, həmçinin hərtərəfli sülh sazişinin hazırlanması üzrə danışıqlar prosesinin final mərhələsi üçün keçirilmə yerini təmin edə bilərik", - deyə Vladimir Makey bildirib. Bundan əlavə, o, Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsini qəbul etməyə şad olduğunu qeyd edib. Nazir onların Minskə səfərini tarixi adlandırıb. "Belarus ATƏT-in regional təhlükəsizlik və stabillik, Dağlıq Qarabağ da daxil olmaqda mövcud və uzadılmış münaqişələr üçün sülh yollarının axtarılması istiqamətində göstərdiyi səyləri qətiyyətlə dəstəkləyir", - deyə Vladimir Makey vurğulayıb. O əlavə edib ki, Belarus tərəfi Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı mövqeyini bölüşür. Nazirin sözlərinə görə, Belarus tərəfi hazırki mərhələdə təmas xətti boyunca gərginliyin azaldılmasının prioritet məsələ olduğu ilə razılaşır. Bundan əlavə, o bildirib ki, ölkəsi Ermənistan və Azərbaycan arasında əlaqələrin intensivləşdirilməsini alqışlayır. Vladimir Makey ilə görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri - Pyer Andriyu (Fransa), İqor Popov (Rusiya) və Ceyms Uorlik (ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ üzrə şəxsi nümayəndəsi Anjey Kasprşik iştirak ediblər.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.