Bu il nə qədər məcburi köçkün sevindiriləcək? – “Qaçqınkom” açıqladı
Artıq bir neçə ildir ki, Ermənistan silahı qüvvələrinin hərbi təcavüzü nəticəsində öz doğma yurdlarından didərgin düşən soydaşlarımız üçün yaşayış kompleksləri, binalar tikilir. Bu günə qədər ağır şəraitdə yaşayan çoxlu sayda məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb.
Belə ki, bu günlərdə sayca 98-ci olan məcburi köçkünlər şəhərciyi istifadəyə verilib. Xatırladaq ki, “Qobu Park” adlanan bu yaşayış kompleksinin ümumi sahəsi 6,4 hektardır. Burada 2 bloklu, 9 mərtəbəli, 1026 mənzilli 11 yaşayış binası inşa olunub. Yaşayış kompleksinə üçmərtəbəli məktəb binası və uşaq bağçası da daxildir. Həmçinin burada digər zəruri infrastruktur obyektləri - 350 yerlik mərasim evi, poçt, tibb, polis məntəqələri və mənzil-istismar idarəsi də yaradılıb. Ərazidə 35 min kilovatlıq yarımstansiya inşa edilib, istirahət parkı salınıb, uşaq meydançaları qurulub.
Buradakı mənzillərdən 108-i birotaqlı, 396-sı ikiotaqlı, 360-ı üçotaqlı, 162-si isə dördotaqlıdır. Mənzillərin ümumi sahəsi 73 min kvadratmetrdir. Bütün mənzillər təmir edilib və mətbəx mebeli ilə təchiz olunub. Məlumata görə, hazırda Bakının Nizami, Suraxanı, Xətai, Nərimanov və Səbayel rayonlarında müvəqqəti məskunlaşan ailələrin bu kompleksə köçürülməsi davam etdirilir. Artıq 200-dən çox ailə ərazidəki mənzillərdə məskunlaşıb.
Qeyd edək ki, hazırda paytaxt Bakıda qəzalı binalarda məskunlaşan çoxlu sayda məcburi köçkün ailəsi var. Onların arasında Xocalıdan olan məcburi köçkünlər üstünlük təşkil edir. Bəs həmin məcburi köçkünlər nə zaman sevindiriləcək?
Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən “Yeni Müsavat”a bu cür açıqlama verildi: “Hazırda ”Ümid" qəsəbəsində yeni 5 mərtəbəli bina tikilir. Bina 300 mənzildən ibarət olacaq. Həmçinin Kürdəxanıda 9 mərtəbəli 800 ailə üçün bina tikilir. Abşeron rayonu ərazisində isə Sumqayıtda məskunlaşmış məcburi köçkünlər üçün 1000 mənzillik binanın tikintisinə başladılıb. O cümlədən Pirallahı qəsəbəsində yeni 300 mənzillik 9 mərtəbəli binanın inşasına başladılıb. Lökbatan qəsəbəsində “Qobu Park” yaşayış kompleksində 1026 mənzilli bina tikilib. Hazırda həmin yaşayış kompleksinə ailələrin köçürülməsi davam etdirilir".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.