banner
banner

İdman

Qurbanı İmperatorun gününə salmayın!

Qurbanı İmperatorun gününə salmayın!
Yazar: İqbal Aslanov

Bu gün ölkə və futbol ictimaiyyəti səhəri milli komandanın baş məşqçisi Berti Foqtsun istefa xəbər ilə açdı. Xorvatiyaya 6-0 hesabı ilə uduzduqdan sonra Azərbaycanla əlaqəsini birbaşa kəsən və Xorvatiyadan vətəni Almaniyaya yollanan Berti Foqts İsveçrədə AFFA rəhbərliyi ilə görüşdükdən sonra milli komandanı tərk etdiyini bəyan etdi.

İndi hər kəsi düşündürən əsas məsələ Berti Foqtsun postunu kimin tutacağıdır. Heç şübhəsiz ki, bir çoxlarının fikrində olan ad “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdur. Qurbanovun “Qarabağ”ı tarixində ilk dəfə olaraq Avro Liqanın qrup mərhələsinə daşıması, ölkənin ən güclü klubuna çevirməsi gənc mütəxəssisə olan inamı,sevgini, minnətdarlıq hissini birə beş artırdı. Berti Foqtsun dövründə alınan hər pis nəticədən sonra hamı ilk növbədə Qurbanovu millinin sükanı arxasında görmək istəyirdi. Elə ölkənin bir nömrəli futbol qurumu AFFA da bu istiqamətdə bir neçə dəfə ciddi cəhd etsə də, Qurbanovdan rədd cavabı aldı.

Əslində, mən də Qurbanovun millidə baş məşqçi kimi çalışmasını istəmirəm. Bilirsiniz niyə? Çünki Qurbanov yığma komandaya baş məşqçi gəlsə, onu da “Qalatasaray”ın keçmiş, Türkiyə millisinin hazırkı baş məşqçisi Fatih Terimin aqibəti gözləyir. Terim 2011-ci ildə məşqçilik karyerası ərzində III dəfə, “Qalatasaray”da baş məşqçi kimi çalışmağa başladı və elə həmin ildən etibarən çətin günlərini yaşayan Cim Bomu pis vəziyyətdən xilas etdi. Komandanı uzun illərdən sonra Çempionlar Liqasına daşıdı və klubu ilə birlikdə iki il dalbadal ölkə çempionu oldu, öz meydanında “Mançester Yunayted” və “Real”Madrid kimi dünya nəhənglərini məğlub etdi. Bundan sonra “Qalatasaray”ın uğurlarına kölgə salmaq istəyən, bəzi qüvvələr Türkiyə Futbol Federasiyasının “köməkliyi” ilə birlikdə Terimi klubdan ayrı saldılar.

Həmin vaxtlarda Türkiyə milli komandası Braziliyada keçiriləcək dünya çempionatına vəsiqə qazanmaq uğrunda mübarizə aparırdı və millinin baş məşqçisi Abdulla Avcı idi. Lakin komandanın Braziliyadakı mundiala vəsiqə qazanması müşkül məsələyə çevrilmişdi. Bu vaxt Türkiyə Futbol Federasiyası “Hocam, bizi xilas et, Türkiyə futbolunu uçurumdan çıxart, vətən, bayraq, forma” şüarları ilə türkün sözü Terimi “qaza” gətirdilər və millinin baş məşqçisi etdilər. Nəticədə türklər Braziliyada keçirilən dünya çempionatına vəsiqə qazana bilmədilər. Bu azmış kimi onlar 2016-cı ildə Fransada keçiriləcək Avropa çempionatında iştirak etmək hüquqlarını da demək olar ki, əldən verdilər.Yeganə zərər çəkən şəxs də elə Terim oldu. Alınan pis nəticələrdən sonra ona olan ümidlər közərdi. Artıq bir çoxları “imperator”a əvvəlki kimi rəğbət bəsləmir.

Ona görə də “Qarabağ”la pis-yaxşı nəticələr əldə edən, komandanı Avropaya aparan Qurbanovla işiniz olmasın. Çünki o, klub daxilində milliyə Qara Qarayev, Bədavi Hüseynov kimi futbolçular yetişdirir. Fiziki cəhətdən 90 dəqiqə meydançada mübarizə apara bilən bir komanda formalaşdırır. Onsuz Qurbanov da milliyə gəlsə, İtaliyaya uduzacaq, Xorvatiya kimi bir komanda ilə səfər matçından xalsız qayıdacaq. Belə olanda da Berti Foqtsa söydüyünüz kimi Qurbanova da söyəcəksiniz, hər şeyə görə onu günahlandıracaqsınız… Və onsuz da heç alınmayacaq, Azərbaycan futbolunda bir günahkar da Qurban Qurbanov olacaq...



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.