banner
banner

Dünya

Meksikada Türkiyə səfirliyinin əməkdaşı itkin düşüb

Meksikada Türkiyə səfirliyinin əməkdaşı itkin düşüb

Mexikonun baş prokurorluğu Türkiyə səfirliyinin əməkdaşının yoxa çıxması ilə bağlı araşdırmalara başlıyıb.

"Report"un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, səfirliyin 29 yaşlı xanım əməkdaşı iyulun 2-dən yoxa çıxıb.

Bildirilir ki, onun itkin düşməsindən sonra Türkiyə səfirliyinin müşaviri bu barədə prokurorluğa müraciət edib. İtkin düşən qadın səfirliyin 2-ci katibəsi işləyib. O, səfirliyin işçiləri ilə 2-16 iyul tarixlərinədək yalnız elektron ünvanla əlaqə saxlayıb və xəbərdarlıq edib ki, o xəstələnib.

Sonra səfir işçiləri narahat olaraq iyulun 17-də diplomatın evinə gəliblər və ona mesaj qoyublar. Mesaja cavab yalnız iyulun 23-də - heç bir məzmun olmadan gəlib. Yalnız bundan sonra səfirlik hüquq-mühafizə orqanlarına müraciət edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.