banner
banner

Gündəm

Bakıda dayə uşağı döydü, saçından tutub sürüdü

Bakıda dayə uşağı döydü, saçından tutub sürüdü

Bakıda daha bir uşaq dayəsi tərəfindən döyülüb.

Cia.az  AzNews.az-a istinadən xəbər verir ki, İradə Quliyeva 6 yaşlı nəvəsi Aydın Quliyevin döyülməsində dayəsi, Bakının Bilgəh qəsəbə sakini Sürəyya Məmmədovanı ittiham edib:

“Gəlinim işlədiyindən bir ildir ki, uşaqlara dayə tutmuşuq. Dayə 3 uşağa baxır. Sürəyya evə gələndən uşaqları incidir. Onun bu hərəkətini mənimlə yanaşı uşaqların anası da görür. Biz ona məsələdən xəbardar olduğumuzu və uşaqlarla rəftarını deyəndə boynuna almır, deyir tərbiyə verirəm. Bu gün böyük uşağı saçından tutub, sürüyə-sürüyə mənim evimdən aparıb”.

İradə Quliyeva qeyd edib ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin “102” ximətinə məlumat verib: “Ərizə yazdıq, uşaq Sabunçu xəstəxanasında ekspertizadan keçirildi”.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.