banner
banner

İdman

İquain "Milan"dan 9 milyon istəyir

İquain "Milan"dan 9 milyon istəyir

“Yuventus”un hücumçusu Qonsalo İquainin “Milan” keçidi gerçəkləşməyə bilər.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, klublar öz aralarında razılığa gəlsələr də, argentinalı futbolçunun tələbləri Milan təmsilçisini çətin vəziyyətdə qoyub. Birincisi, 30 yaşlı forvard “Milan”a icarə əsasında deyil, tam transfer hüququ ilə getmək istəyir. İkincisi isə İquain “rossonyerlər”dən illik 9 milyon avro maaş tələb edir. “Milan” isə ona 7,5 milyon təklif edir.

İquainin “Milan”la razılıq əldə edə bilməməsi ən çox “Çelsi”yə sərf edir. Olivye Jirunun satılmasını istəyən Mauritsio Sarri fransız hücumçunun boşluğunu “Napoli”dən tanıdığı argentinalı ilə doldurmaq istəyir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.