banner
banner

İdman

"Kukesi" hansı oyunçusunu Bakıya gətirə bilməyib?

"Kukesi" hansı oyunçusunu Bakıya gətirə bilməyib?

Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq Albaniyanın “Kukesi” klubu qapıçısı Faton Malokunu Bakıya gətirə bilməyib.

Qol.az-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, buna səbəb onun viza ala bilməməsidir. Kosovo vətəndaşı olan 27 yaşlı qolkiper Azərbaycana buraxılmayıb. Çünki Azərbaycan bu ölkənin müstəqilliyini tanımır. Çempionlar Liqasının ilk 3 matçında ehtiyatda oturan Malokunu bugünkü matçda ikinci qapıçı kimi Yetmir Başa əvəz edəcək.

 

“Kukesi”nin digər kosovoluları – yarımmüdafiəçilər Donjet Şkodra ilə Besar Musolli isə Belçika və Albaniya vətəndaşlığı olduğu üçün viza problemi yaşamayıblar.

Qeyd edək ki, "Qarabağ" - "Kukesi" görüşü bu gün saat 21:00-da başlayacaq. Bu komandalar arasında ilk matç qolsuz bərabərliklə başa çatıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.