“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen komandasının hazırlığından danışıb.
Qol.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, alman qapıçı Kataloniya klubunun mövsümə yüksək səviyyədə start verəcəyini qeyd edib:
“Yenidən komanda yoldaşlarımı gördüyüm üçün çox şadam. Səbirsizliklə qarşıdakı mövsümü gözləyirəm. Hazırlığımız yüksək səviyyədə keçir. Müxtəlif ölkələrdə beynəlxalq oyunlar keçiririk və bu, mövsümöncəsi komandaya müsbət təsir göstərir.
Tezliklə meydana çıxmaq üçün səbirsizlənirəm. Hazırlığımız da göstərir ki, mövsümə çox yaxşı başlayacağıq”.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.