banner
banner

İdman

"Qarabağ" UEFA Çempionlar Liqasında növbəti mərhələyə adlayıb

"Qarabağ" UEFA Çempionlar Liqasında növbəti mərhələyə adlayıb

Futbol üzrə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab matçı başa çatıb. Trend-in məlumatına görə, “Qarabağ” komandası 3:0 hesabı ilə “Kukesi”yə qalib gəlib.

“Qarabağ” klubunun futbolçusu D.Kintana 24-cü dəqiqədə penalti zərbəsindən hesabı açıb.

İkinci hissənin 52-ci dəqiqəsində rəqib qırmızı vərəqə alaraq azlıqda qalıb. Hakim penalti təyin edib, lakin “Qarabağ”ın yeni transferi Emeqara fürsətdən yararlana bilməyib. Buna baxmayaraq, 57-ci dəqiqədə yenidən “Kukesi”nin qapısına penalti təyin edilib. D.Kintana onbirmetrlik nöqtəyə yaxınlaşaraq dubl edib – 2:0.

Oyunda son nöqtəni 89-cu dəqiqədə Con Delarj qoyub – 3:0. Bununla “Qarabağ” növbəti mərhələyə adlayıb. III mərhələdə rəqib isə Belarusun “BATE” komandası olacaq. Evdə Finlandiyanın "HİK" kollektivi ilə qolsuz heç-heçə edən belaruslar səfərdə 2:1 hesablı qələbə sayəsində mərhələ adlayıblar.

 

İlk oyun 7-8 avqustda, cavab görüşü isə 14 avqustda olacaq.

X X X

21:53

Futbol üzrə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab matçında birinci taym başa çatıb. Trend-in məlumatına görə, “Qarabağ” komandası 1:0 hesabı ilə öndədir.

“Qarabağ” klubunun futbolçusu D.Kintana 24-cü dəqiqədə penalti zərbəsindən hesabı açıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.