banner
banner

Sosİal

Qızlar qəhətə çıxır STATİSTİKA KOMİTƏSİ

Qızlar qəhətə çıxır

Bu il fevral ayının 1-i vəziyyətinə Azərbaycan əhalisinin sayı 9 602,0 min nəfərə çataraq ilin əvvəlindən 9,0 min nəfər və ya 0,1% artıb.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfər olub. Hazırda hər 1000 nəfər kişiyə 1009 nəfər qadın düşür. Ümumi əhali arasında şəhər əhalisinin xüsusi çəkisi 53,1%, kənd əhalisinin xüsusi çəkisi isə 46,9% təşkil edir.

Bu ilin yanvar ayı ərzində 13,9 min körpə dünyaya göz açıb və əhalinin hər 1 000 nəfərinə hesabı ilə bu göstərici 17,3 olub. Doğulan körpələrin 53,6%-ni oğlanlar, 46,4%-ni isə qızlar təşkil edir. 

Bu ilin yanvar ayında ölkədə 5,0 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm səviyyəsi 6,9-dan 6,2-yə qədər azalıb.

Bu ilin ilk ayı ərzində rəsmi orqanlar tərəfindən 5,6 min nikah və 1,1 min boşanma halları qeydə alınıb və əhalinin hər 1 000 nəfərinə hesabı ilə nikahların sayı 6,9, boşanmaların sayı isə 1,4 olub. (apa.az)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.