Kazanda “Admiral” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Tatarıstanda martın 14-ü matəm günü elan edilib.
Bu barədə Tatarıstan respublikası prezidentinin mətbuat xidməti açıqlama yayıb.
“Matəmlə əlaqədar Tatarıstanda bayraqlar yarıya endiriləcək, əyləncə tədbirləri ləğv ediləcək”, məlumatda deyilir.
Qeyd edək ki, hadisə ilə bağlı “Admiral” ticarət mərkəzinin baş icarədarı, “Zarya” şirkətinin rəhbəri Hüseyn Qəhrəmanov barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.