banner
banner

İdman

Ronaldo “Yuventus”da ilk qolunu vurdu

Ronaldo “Yuventus”da ilk qolunu vurdu

“Yuventus” bu gün bazasında yoxlama oyunu keçirib.
Turin təmsilçisi gənclərin və əsasən heyətin 6 üzvünün yer aldığı komanda ilə qarşılaşıb. 
Yoxlama matçında ABŞ turnesinə yollanmayan “Yuve”nin əsas heyət üzvlərindən Duqlas Kosta, Rodriqo Bentankur, Paulo Dibala, Xuan Kuadrado, eləcə də yeni transferlərdən Kriştianu Ronaldo və Leonardo Bonuççi forma geyiblər.
Matç “Yuventus”un əsas komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Kuadrado, Dibala və Ronaldo vurub. 
Qeyd edək ki, “Yuventus” avqustun 8-dən tam heyətlə məşqlərə başlayacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.