banner
banner

İdman

Gənc sərbəst güləşçilərimiz Avropa ikincisi oldu

Gənc sərbəst güləşçilərimiz Avropa ikincisi oldu

İtaliyanın paytaxtı Romada güləş üzrə gənclərin Avropa çempionatı başa çatıb.

Trend-ə Azərbaycan Güləş Federasiyasında verilənməlumata əsasən, çempionatın son günlərində mübarizə aparan sərbəst güləşçilərimiz yarışı 3 gümüş və 4 bürünc medalla tamamlayıb. İntiqam Vəlizadə (61 kq), Hacımurad Hacıyev (70 kq) və Asxab Həmzətov (92 kq) yalnız final görüşündə uduzaraq gümüş medalla kifayətlənib. Bürünc medalları isə yığmamıza Əliabbas Rzazadə (57 kq), İsmayıl Abdullayev (74 kq), Orxan Abbasov (79 kq) və Rahid Həmidli (125 kq) qazandırıb.

Bu nəticə ilə sərbəst güləşçilərimiz komanda hesabında Avropa ikincisi olub. Rusiya birinci, Ermənistan yığması isə üçüncü pillədə qərarlaşıb.

 

Məlumat üçün bildirək ki, çempionatın ilk günlərində mübarizə aparan yunan-Roma güləşçilərimiz 1 qızıl, qadın güləşçilərimiz isə 1 gümüş medala sahib olub. Yunan-Roma yığmamızda Ülvi Qənizadə (72 kq), qadın güləşi yığmamızda isə Tatyana Varantsova (53 kq) fəxri kürsüdə yer alıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Elman İsmayılov təmsil edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.