banner
banner

Gündəm

Rafiq Hüseynovun qızı tələbə oldu - Foto

Rafiq Hüseynovun qızı tələbə oldu - Foto

“Leyli artıq tələbə adını qazanıb. Rəssamlıq Akademiyasının Qrafika fakultəsinə qəbul olunub. Bu fakultədə oxumaq hamımızın arzusu idi”.

Bunu Modern.az-a açıqlamasında xalq artisti, mərhum diktor Rafiq Hüseynovun xanımı Səbinə Hüseynova övladının tələbə adını qazanmasına münasibət bildirərkən deyib.

Səbinə Hüseynova bildirib ki, Leylinin bu peşəni seçməsi atasının çoxdankı arzusu idi:
“Rafiq sağlığında Leylini rəssam görmək arzusunda idi. Hətta  sağlığında zamanı tələsdirirdi ki, Leylini rəssam görə bilsin. Həmişə deyirdi ki, “Leyli bircə tez böyüsəydi, onu rəssam görərdim”. Təəssüf ki, həyat biz istədiyimiz kimi olmur. Bu da bir qismətdir. Şükürlər olsun ki, Leyli atasının arzusunu gerçək edə bildi”.

 

Mərhum diktorun xanımı qızının gələcək planlarından da söz açıb:

“Leyli  hər 3 qabiliyyət imtahanından 10 bal aldı. İmtahanlarda yüksək nailiyyət əldə etdiyinə görə Leyli də, mən də çox sevinirik. Leylinin təhsili ilə bağlı arzuları böyükdür. Azərbaycan Rəssamlıq Akademiyasında təhsilin səviyyəsi çox güclüdür. İnşallah ki, Rəssamlıq Akademiyasında oxusun, gələcəkdə potensialından istifadə edər. Leylinin akademiyaya qəbul olunmasından sonra bir çox insanlar bizə zəng edib təbrik etdi. Hər kəs sağ olsun ki, Rafiqin övladının uğuruna sevinclə yanaşdılar”.

 

Qeyd edək ki, Rafiq Hüseynov 2017-ci ilin 30 oktyabrında 71 yaşında dünyasını dəyişib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.