“Çelsi” Kurtuanın əvəzləyicisini tapdı: rekord transfer
İngiltərənin “Çelsi” klubu Tibo Kurtuanın əvəzləyicisini tapıb. Trend-in məlumatına görə, İspaniyada “Atletik” klubunda çıxış edən 23 yaşlı Kepa Arisabalaqa yeni mövsümdən “Çelsi”yə transfer olunur.
Daha əvvəl yerli KİV bildirirdi ki, klub Kepa üçün 80 milyon avro ödəməyə razılıq verib.
Xatırladaq ki, ən bahalı qapıçı transferi “Roma”dan Alissonun “Liverpul”a keçidi oldu. Transfer məbləği 72,5 milyon təşkil edib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.