Hollivud ulduzları Ancelina Coli və Bred Pittin boşanması ətrafındakı qalmaqal səngimək bilmir. Coli əvvəlcə keçmiş ərinin uşaqlara az aliment ödəməsindən şikayətlənib. Sonra məlum olub ki, aktyor 6 övladı üçün 9 milyon dollardan çox pul ödəyib.
Ailəyə yaxın mənbə "ET" dərgisinə açıqlamasında bildirib ki, Ancelina Bittlə münasibətinə tezliklə son qoymaq istəyir. "Yarım ildir ki, aktrisa bütün işlərdən imtina edir. Buna səbəb isə uşaqlarla vaxt keçirmək istəməsidir. İndi isə çəkilişlərə qayıtmalıdır. Çünki ev almaq üçün pul ödəməlidir" deyə, mənbə sözlərinə əlavə edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.