banner
banner

Gündəm

Azərbaycanda 21 günün gəlini yoxa çıxdı

Azərbaycanda 21 günün gəlini yoxa çıxdı

Paytaxtın Qaradağ rayonunda 18 yaşlı Səma Qafarova evdən yoxa çıxıb. Evləndiyindən 22 gün keçən Səmanın evdən hara getdiyi isə məlum deyil.

18 yaşlı və 21 günün gəlini olan Səma Qafarova Lökbatanda qaldıqları evdən yoxa çıxıb. Səma Qafarovanın anası onun yaşadığı evdən avqust ayının 6-da yoxa çıxdığını iddia edir. Anası və Xalasının Xəzər TV-yə verdiyi məlumata görə Səma Qafarova bu ilin iyul ayının 15-də öz istəyi ilə xalası oğlu ilə evlənib. Anası Zeynəb Qafarovanın dediyinə görə aralarında bu zamanda heç bir narazılıq olmayıb. Səma Qafarova hər kəs işdə olan zaman itib. 

Zeynəb Qafarovanın dediyinə görə hər kəs işdə olduğuna görə qızı Səma bir qədər qorxduğunu bildirib.

Səmanın anası bildirir ki, bütün qohumlar hamı hər yerdə Səmanı axtarırlar.

Onu da qeyd edək ki, hadisə ilə bağlı Qaradağ rayonunun 10-cı polis bölməsinə də məsələ ilə bağlı müraciət olunub və araşdırma aparılır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.