"Qarabağ" aldadıcı təəssürat yarada bilər. Kifayət qədər güclü futbolçular və yaxşı legionerlər var".
“Report”un məlumatına görə, bunu Belarusun BATE komandasının futbolçusu Stanislav Draqun UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la cavab oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
30 yaşlı yarımmüdafiəçi komandanın ilk matçda hər iki hissədə fərqli oyun sərgilədiyini söyləyib: "Hər şey psixoloji və Bakıdakı oyunda olan təzyiqlə bağlıdır. Stadion dolu idi. Belə dəstəklə "Qarabağ" dolu tribunalar önündə uduzmamalı idi. Xoşbəxtlikdən hesabda önə keçdik. Yaxşı ki, biz qələbə qazandıq".
Qeyd edək ki, BATE - "Qarabağ" matçı avqusutun 14-ü Bakı vaxtı ilə 21:00-da start götürəcək.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb