İraq ordusunun Tikrit şəhərini İŞİD-dən azad etmək üçün başlatdığı əməliyyat davam edir. Tikritdə İraq ordusuna dəstək verən könüllülərin sözcüsü Kərim Nuru, 72 saat sonra Tikrit şəhərinin İŞİD-dən tamamilə geri alınacağını açıqlayıb.
Onun sözlərinə görə İŞİD üzvləri şəhərin yalnız mərkəzində qalıblar. Digər bölgələr artıq İŞİD döyüşçülərindən təmizlənib. İŞİD döyüşçüləri şəhərin mərkəzinə aparan bütün yolları minalayıb. Verilən son məlumata görə, şəhərin 60%-i artıq İraq ordusunun əlinə keçib. Azad olunmuş bölgələrdə isə yüzlərlə İŞİD döyüşçüsünün cansız bədənləri var. İraqlı hərbçilərin dediklərinə görə, onlar insanlığı çoxdan unutmuş İŞİD terrorçularından qisas alırlar. Terrorçuların başları kəsilir, onları avtomobillərin arxasına bağlayıb küçələrlə sürüyür, bəzilərini də çoxmərtəbəli binaların damına çıxarıb oradan atırlar. (bizimyol.info)
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.