Suriya Dövlət başçısı qohumlarından birini itirib.
ANS PRESS-in məlumatına görə, Suriya prezidenti Bəşər Əsədin əmisi nəvələrindən olan Məhəmməd Əsəd nəslin ata yurdu hesab edilən Lazkiyənin Qardaha qəsəbəsində öldürülüb. Bu barədə Frans Press agentliyi (AFP) xəbər yayıb.
Əsədin başından beş güllə alaraq öldürüldüyü bildirilir. AFP-yə açılama verən fəallardan biri Məhəmməd Əsədin ailələrinə düşmənçiliyi olan başqa bir ailə ilə aralarında yaranmış münaqişədə öldürüldüyünü deyib.
Qeyd edək ki, B.Əsədin yaxını, Məhəmməd BƏƏS rejiminə bağlı mafiya qruplarından birinin rəhbəri olaraq fəaliyyət göstərirdi.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.