Amerika Birləşmiş Ştatlarının (ABŞ) vitse-prezidenti ilə Ukrayna prezidenti arasında telefon danışığı baş tutub.
ANS PRESS-in məlumatına görə, ABŞ vitse-prezidenti Co Baydenlə telefon söhbəti həyata keçirən Pyotr Poroşenkonun hərbi yardım, eləcə də bir sıra məsələləri müzakirə etdiyi bildirilir. Bu barədə Ukrayna dövlət başçısının mətbuat xidməti xəbər yayıb.
“Hər iki tərəf Minsk müqaviləsinin vəziyyətini, atılacaq addımları, eləcə də ABŞ-ın hərbi yardım məsələsini danışıblar”, – deyə xəbərdə qeyd edilir.
Birləşmiş Ştatların vitse-prezidenti Co Bayden ötən ay fevralın 18-də Ukrayna dövlət başçısı ilə telefon danışığı zaman eyni məsələni dəyərləndirmiş və ölkəsinin rəsmi Kiyevə dəstəyini davam etdirəcəyini vurğulamışdı.
Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu da Ukraynaya 17, 5 milyard dollar yardım ayırıb.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.