“Zenit” fantastik geri dönüş etməklə Avroliqada pley-offa yüksəlib. Qol.az-ın məlumatına görə, ilk oyunda səfərdə Minsk "Dinamo"suna 0:4 hesabı ilə uduzan "Zenit" öz meydanında 72-ci dəqiqədə 2:0 öndə olarkən qırmızı vərəqə alıb.
10 nəfər qalmasına baxmayaraq, Dzyubanın dublu ilə hesabı 4:0-a çatdıran Piter klubu matçı əlavə vaxta daşıyıb. 99-cu dəqiqədə "Dinamo"nun hesabı 1:4 etməsi demək olar ki, cütün taleyini böyük ölçüdə həll edib. Amma 109-cu dəqiqədən etibarən meydanda möcüzə yaşanıb. 109-120+3-cü dəqiqələr aralığında daha 4 (!) qol vuran "Zenit" 8:1 hesablı qələbə qazanmaqla pley-offa yüksəlib.
Qeyd edək ki, "Zenit" "Barselona"dan sonra avrokuboklarda ilk görüşdə alınan 0:4 hesablı məğlubiyyətdən sonra mərhələ adlayan ikinci klubdur. Kataloniya klubu 2016/17 mövsümündə ÇL-in 1/8 finalında PSJ ilə ilk görüşdəki yenilgidən sonra cavab matçında Paris klubuna 6:1 hesabı ilə qalib gələrək mərhələ adlayıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.