Milli komandamızın hücumçusu Ramil Şeydayev Rusiya Premyer Liqasının 4-cü turunda “Lokomotiv”ə qarşı oyunun (0:1) 81-ci dəqiqəsində meydana çıxmaqla yeni klubu “Krılya Sovetov”da debüt edib.
Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, matçdan sonra keçirilən mətbuat konfransında Samara klubunun baş məşqçisi Andrey Tixonov qısaca olaraq həmyerlimiz haqda da fikirlərini bölüşüb:
“Şeydayev hələ hazır deyil. O, daha da inkişaf etməli və formasını yaxşılaşdırmaq üçün çalışmalıdır”. Xatırladaq ki, Şeydayev “Krılya Sovetov”la 1 illik müqavilə imzalayıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.