banner
banner

Dünya

Çeçenistanda polislərə hücum edənlər yeniyetmələr olub

Çeçenistanda polislərə hücum edənlər yeniyetmələr olub

Rusiyanın Çeçenistan Respublikasında polis əməkdaşlarına hücum edənlər yetkinlik yaşına çatmayanlar olub.

Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, Çeçenistan Respublikasının milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Cambulat Umarov bildirib ki, onlardan ən böyüyün 17 yaşı olub.

O qeyd edib ki, İŞİD-də (İslam Dövləti terror qruplaşması) yeniyetmələrə ekstremistlərin ideyalarını təlqin etmək üçün xüsusi proqramlar mövcuddur. Ona görə döyüşçülər arasında 11-12 yaşlı uşaqlara da rast gəlmək olar.

Umarov bildirib ki, hücum edənlərin hədəfi polis əməkdaşları deyil, dinc sakinlər olub. Onun sözlərinə görə, onların qarşısını alan polis əməkdaşları müxtəlif bədən xəsarətləri alsalar da, həyatlarına təhlükə yoxdur.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.