Martın 14-də "Buta Palace"da Azərbaycan Millli Aviasiya Akademiyasının prezidenti, akademik Arif Paşayevin mərhum qardaşı Aqil Paşayevin oğlunun toy mərasimi keçirilib.
"cia.az" xəbər verir ki,"Pasha Holdinq"in tərkibinə daxil olan Paşa Həyat Sığorta şirkətinin Direktorlar Şurasının sədri vəzifəsində çalışan Mir Cəlal Paşayev Zülfiyyə adlı xanımla ailə həyatı qurub. Toy mərasimində hakim ailənin üzvləri, eləcə də Azərbaycanın bir sıra dövlət məmurları, ictimai-siyasi xadimləri iştirak ediblər. Toyda tanınmış estrada müğənniləri çıxış ediblər.
Qeyd edək ki, Aqil Paşayev yazıçı Mir Cəlal Paşayevin kiçik oğludur. Aqil Paşayev bir zamanlar "Mariott Abşeron " mehmanxanasının direktoru olub, Parni iz Baku komandasının konsertlərinin əsas təşkilatçılarından biri olub. O, bir neçə il öncə dünyasını dəyişib.
Xatırladaq ki, Mir Cəlal Paşayev məşhur yazıçı olan babası Mir Cəlal Paşayevin adını daşıyır. O, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın əmisi oğludur.
Bu gün Xalq artisti Zeynəb Xanlarova yubileyini qeyd edir.
Cia.az xəbər verir ki, onun 85 yaşı tamam olur. Uzun müddətdir ictimaiyyət arasında, efirlərdə görünməyən sənətkar müsahibələrinin birində deyib ki, mərhum anası ona 120 il yaşayacağını deyirmiş: “Mənim anam 100 yaşında rəhmətə gedib. Ona görə də mən uzunömürlülərdənəm. Məni Allahım, xalqım daim yaşadacaq”.