banner
banner

Gündəm

“AzerTelecom” 10 illiyini qeyd edir

“AzerTelecom” 10 illiyini qeyd edir

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti “AzerTelecom” MMC-nin fəaliyyətə başlamasından 10 il ötür.

MMC-dən Trend-ə verilən məlumata görə, 2008-ci ildə fəaliyyətə başlamış magistral internet provayder şirkəti ötən 10 il ərzində Azərbaycanın inkişaf edən informasiya və kommunikasiya texnologiyaları sektorunun ayrılmaz bir hissəsinə çevrilərək korporativ sektorda qabaqcıl telekommunikasiya xidmətləri təqdim edib, ölkənin dayanıqlı və fasiləsiz internet rabitəsi xidməti ilə təminatında mühüm rol oynayıb.

Son 10 ildə şirkətin fəaliyyətində mühüm nailiyyətlər əldə olunub. Belə ki, təsis olunduqdan sonra şirkətin dayanıqlı DWDM texnologiyasına əsaslanan magistral şəbəkəsi istismara hazır vəziyyətə gətirilib, beynəlxlaq magistral xətlər və mübadilə mərkəzlərinə qoşulma həyata keçirilib, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, internetin topdan satışı, beynəlxalq tranzit kimi xidmətlərə start verilib. Daha sonrakı mərhələlərdə korporativ müştərilərə digər qabaqcıl telekommunikasiya xidmətləri təqdim edilib, Bakı və regionlarda şirkətin malik olduğu infrastruktur daha da genişlənib. Nəticədə, “AzerTelecom” ölkəmizin İKT sektorunda ən aparıcı şirkətlərdən birinə çevrilib.

 

“AzerTelecom” şirkətinin baş icraçı direktoru Fuad Allahverdiyevin bildirdiyinə əsasən, hazırda magistral internet provayder şirkəti ölkənin telekommunikasiya sektorunun inkişafına öz töhfəsini verməkdə davam edir. “AzerTelecom öz fəaliyyətində peşəkarlıq, müştəri məmnuniyyəti, innovativlik, qabaqcıl texnologiyaların tətbiqi, dinamik inkişaf və sosial məsuliyyət kimi prinsiplərdən çıxış edir. Biz cəmiyyətin və İKT sektorunun dayanıqlı inkişafı naminə müxtəlif layihələrin reallaşmasına, yüksək texnologiyaların, innovasiyaların tətbiqinə, eləcə də korporativ sosial məsuliyyət strategiyamıza uyğun olaraq cəmiyyətin təhsil şüurunun inkişaf etdirilməsi istiqamətində müxtəlif elm və təhsil yönümlü layihələrin icrasına mühüm diqqət yetiririk və bu istiqamətlərdə fəaliyyətimizi gələcəkdə də davam etdirəcəyik. “AzerTelecom” şikrətinin bundan sonrakı dönəmdə də faəliyyətinin ölkəmiz üçün faydalı olacağına inanırıq”- deyə Fuad Allahverdiyev qeyd edib.

Qeyd edək ki, “AzerTelecom” MMC Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkətin əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətidir. “AzerTelecom” ölkənin bütün əsas region və şəhərlərini əhatə edən şaxələnmiş və dayanıqlı fiber-optik kabel şəbəkəsinə sahibdir. Bu şəbəkə Naxçıvan Muxtar Respublikasını da əhatə edir. “AzerTelecom” MMC-nin beynəlxalq şəbəkəsi isə dünya üzrə bütün əsas telekommunikasiya hablarına birləşir. Şirkət internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTx (fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), VoİP xidməti, DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.