Son zamanlar daha çox adı çəkilən gənc model Qreys Elizabet gözəllik sirrini bölüşüb.
Məşhur dərgilərin üz qabığını bəzəyən Qreys təkcə ideal bədən quruluşu ilə deyil, qüsursuz və parlaq dərisi ilə də diqqət çəkir.
"Victoria's Secret"in 21 yaşlı modeli hər səhər bir neçə damcı avokado yağı ilə üz və boyun nahiyəsini masaj etdiyini bildirib.
"İşim çox olduğundan yuxusuz qalıram. Amma gözümdə şişkinlik olmasın deyə gecə kremlərindən istifadə edirəm. Bədənimin ideal formada olmasında yoqa və boksa borcluyam. Kefim yerində olmayanda isə yüksək səsli musiqi qoşuram və rəqs edirəm", - deyə Elizabet vurğulayıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.