banner
banner

Dünya

Fransa 2017-ci ildə turistlər arasında ən populyar ölkə olub

Fransa 2017-ci ildə turistlər arasında ən populyar ölkə olub

Fransa 2017-ci ildə turistlər arasında ən populyar ölkə olub.

Trend-in məlumatına görə, bu barədə BMT-nin Ümumdünya Turizm Təşkilatının yaydığı (UNWTO) 2017-ci ildə beynəlxalq turist axınının yekun statistikasında bildirilir.

Təşkilatın məlumatına əsasən, 2017-ci ildə dünyada turistlərin sayı 1,323 milyard təşkil edib.

Turistlər arasında ən populyar ölkələr Fransa (86,9 milyon turist), İspaniya (81,8 milyon turist), ABŞ (79,5 milyon turist), Çin (60,7 milyon turist) və İtaliya (58,3 milyon turist) olub.

İlk onluqda hımçinin Meksika, Böyük Britaniya, Türkiyə, Almaniya və Tayland da yer alıb.

Turistlər ən çox ABŞ-da pul xərcləyib - 210 milyard dollar. İlk üçlükdə həmçinin İspaniya (68 milyard dollar) və Fransa da (60 milyard dollar) yer alıblar.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.