banner
banner

Gündəm

Nazim İsmayılovun viski sevgisi…

Nazim İsmayılovun viski sevgisi…

Sabirabad rayon sakinləri maraqlı olayla üzləşiblər. Demək olar ki, sakinlər dərdlərini rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılova demək üçün vaxt tapmırlar. Ona görə yox ki, başçı çox məşğul olur. Ona görə ki, başçını kabinetində tapmaq sadəcə mümkünsüzdür. Cia.az saytına yerli sakinlərin verdiyi məlumata görə hazırda rayon sahibsiz qalıb. Əkin-biçinin qızğın vaxtında sakinlərin, fermerlərin probleminə dəstək olacaq kimsəni tapmaq mümkün deyil. Buna səbəb isə başçının pis vərdişlərə alüdə olmasıdır. Mənbənin dediyinə görə rayonun başçısı Nazim İsmayılov saat 12-yə qədər kabinetində oturandan sonra iş vaxtını bitirir və onun səyyar “kabineti” “Ana Kür” restoranına keçirilir. Bahalı viski həvəskarı olan Nazim İsmayılov demək olar ki, hər gün adı çəkilən restoranda olur və müxtəlif çeşidli viskilərin dadına baxmaqla işini sona çatdırır. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.