banner
banner

Dünya

Braziliya Venesuela ilə sərhədə qoşun göndərib

Braziliya Venesuela ilə sərhədə qoşun göndərib

Braziliya prezidenti Mişel Temer ölkənin silahlı qüvvələrinin bir qrup hərbçisini Venesuela ilə sərhədə göndərib.

Trend-in məlumatına görə belə addım Venesueladan olan miqrantların sayının artması ilə bağlıdır. Temer bildirib ki, bu tədbir braziliyalıların və miqrantların özlərinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruridir.

 

Məlumata görə, ölkənin şimalındakı Rorayma ştatına 120 hərbçi göndərilib. Onlar miqrant axını ilə bağlı insidentlərin qarşısını almalıdırlar.

Braziliya bələdiyyəsinin bir qrup sakini daha əvvəl venesuelalı miqrantların yaşadıqları, BMT-nin iştirakı ilə qurulmuş çadırları dağıdıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.