banner
banner

İdman

Araz Abdullayev "Qarabağ"a keçə bilər - açıqlama

Araz Abdullayev "Qarabağ"a keçə bilər - açıqlama

Millimizin futbolçusu Araz Abdullayev karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.

Qol.az-ın məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi  bir müddət əvvəl məşqlərində  iştirak etdiyi  "Qarabağ"a transfer oluna bilər.

Bu barədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində "Şerif"lə cavab oyunu öncəsi bu gün keçirdiyi mətbuat konfransında bildirib: "Arazın bəzi klublarla problemləri var. Biz dünəndən maraqlanmağa başlamışıq ki, bunu necə həll etmək olar. Öz tərəfimizdən kömək etməyə çalışırıq. Həmin klublardan istədiyimiz cavabı ala bilsək, onu komandamıza cəlb edə bilərik. Arazın müqaviləsi var və buna görə də sərbəst futbolçu deyil".
 
Qeyd edək ki, A.Abdullayev bu yay Yunanıstanın "Panionios" klubu ilə müqavilə imzalayıb. Ancaq o, sonra bu klubda oynamaqdan imtina edib. A.Abdullayevlə Avstriya Bundesliqa təmsilçisi "Mattersburq"un da ciddi maraqlandığı iddia olunur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.