Müğənni Aysel Əlizadə retro stildə olan yeni fotosessiyasını tamaşaçıların ixtiyarına verib.
Axşam.az-ın məlumatına görə, konsertə hazırlaşan sənətçi repertuarında da dəyişiklik edəcək. Belə ki, türkiyəli müğənni Murad Dalkılıçla eyni səhnəni bölüşəcək A.Əlizadə tamaşaçılar üçün maraqlı proqram hazırlayıb. Sənətçi “Yeni dünya” mahnısını g-funk janrında yazdırıb. Bəstənin musiqisi İslam Şirvani, sözləri Albay Əfəndiyə məxsusdur. O, ilk dəfə bu janrda mahnı səsləndirəcəyini bildirib.
Nahid Emiloğlunun təşkilatçılığı ilə martın 23-də "Paradise Club"da baş tutacaq gecədə hər iki ifaçı duet oxuyacaq.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.