banner
banner

Gündəm

Çimərliklərdəki obyekt sahibləri cərimə olunub

Çimərliklərdəki obyekt sahibləri cərimə olunub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizinin sahil zolağında reydlər davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, reyd zamanı Sabunçu rayonu Pirşağı qəsəbəsinin dəniz sahilində yerləşən “Günəş”, “Palma” çimərliklərində və Mehdiabad-Pirşağı yolunun sol hissəsində fəaliyyət göstərən kafenin yaxınlığında tullantıların qalaqlandığı və qanunvericiliyə uyğun qaydada idarə olunmadığı məlum olub.

Faktlarla bağlı obyekt sahibləri Füzuli Mehtiyev, Elvin Həsənov və Hüseyn Süleymanov barəsində protokollar tərtib edilib və onlar İnzibati Xətalar Məcəlləsinə əsasən ümümilikdə 2400 manat məbləğində cərimə olunublar.

 

Nöqsanların aradan qaldırılması məqsədilə qanun pozucularına icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.

Reydlər davam etdirilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.