banner
banner

İdman

Qurban Qurbanov: "Məğlub olmağı deyil, qalib gəlməyi düşünürük"

Qurban Qurbanov: "Məğlub olmağı deyil, qalib gəlməyi düşünürük"

"Məğlub olmağı deyil, qalib gəlməyi düşünürük". Trend-in məlumatına görə, bunu "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov "Şerif"lə oyun ərəfəsində deyib.

Q.Qurbanov qeyd edib: "Bu mərhələdə son oyunumuzdur. Doğma azarkeşlərimizin önündə hər bir futbolçunun ən yaxşısını etməyə çalışacağını düşünürəm. Çox yaxşı müdafiə olunmağı bacaran, hücumlar təşkil edə bilən rəqibə qarşı oynayacağıq. Həddindən artıq soyuqqanlı olaraq, öz oyunumuzu oynamalıyıq".

 

Baş məşqçi vurğulayıb ki, komanda uğur qazanırsa, ondan daha artığı gözlənilir: "Nəticə verən komandalara rəqiblər daha ciddi hazırlaşırlar. Futbolçular üçün asan deyil. Təzyiq varsa, bu da olacaq. Məğlub olmağı deyil, qalib gəlməyi düşünürük".

Xatırladaq ki, Avropa Liqasının pley-off mərhələsinin cavab matçında bu gün "Qarabağ" Moldova "Şerif"ini qəbul edəcək. İlk oyunda qonaqlar minimal hesablı qələbə qazanıblar.

 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.