Bu yay paparassilər İrina Şeyki həyat yoldaşı Bred Kuperlə bir çox yerlərdə görüntüləyiblər. Nyu-Yorkda uşaq meydançasında, İtaliyada çimərlikdə fotokameralara tuş gələn cütlük bu dəfə də mediadan qaça bilməyib.
İrina və Bredli bu dəfə Parisdə görüntüləniblər. Cütlük qızları Leey ilə birlikdə gəzintiyə çıxıb. Model qara tulum, aktyor isə sadə kofta və göy şalvar seçib.
Şəkillərinin çəkildiyini görən model və aktyor onlara əhəmiyyət verməyiblər. Onlar övladları Leeylə oynamağa davam ediblər.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.